Nepaldakı ukraynalıları təxliyyə edən “İl-76” təyyarəsi Kiyevə çatıb

Nepaldakı ukraynalıları təxliyyə edən “İl-76” təyyarəsi Kiyevə çatıb
# 07 may 2015 07:23 (UTC +04:00)

APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, Ukrayna Müdafiə Nazirliyinə məxsus təyyarə yerli vaxtla saat 03.53-də Kiyevin “Borispol” hava limanına enib. Təyyarədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin sədri Zoryan Şkiryak, diplomatlar, jurnalistlər və Nepaldan təxliyyə edilən 87 nəfər olub.

Qeyd edək ki, Ukrayna təyyarəsi əvvəlcə Nepalın paytaxtı Katmandudan Hindistanın paytaxtı Dehliyə, oradan isə yanacaq doldurmaq məqsədilə Bakıya uçub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR