Bank Of Baku

Nazir müavini: "Bu ilin sonunadək Binəqədi rayonunda yeni peşə təhsili mərkəzi istifadəyə veriləcək"

Nazir müavini: "Bu ilin sonunadək Binəqədi rayonunda yeni peşə təhsili mərkəzi istifadəyə veriləcək"
# 13 iyun 2019 12:35 (UTC +04:00)

Bu ilin sonunadək Bakının Binəqədi rayonunda yeni peşə təhsili mərkəzi istifadəyə veriləcək.

APA-nın məlumatına görə, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edən Azərbaycanın Təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, istifadəyə veriləcək yeni təhsil müəssisəsində Koreyanın qabaqcıl modelindən istifadə olunur.

"Bu layihənin icrasına dair Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə kredit sazişi imzalanıb. 1 000 nəfərdən artıq tələbə potensialı olan peşə mərkəzinin öz kampusu, yataqxanası, tədris korpusları, avadanlıqları olacaq. Burada Koreya təhsil proqramları və standartları ilə təhsilin keçirilməsini nəzərdə tutur", - deyə nazir müavini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR