Artur Rasizadə Belarusun rabitə və informasiyalaşdırma nazirini qəbul edib

Artur Rasizadə Belarusun rabitə və informasiyalaşdırma nazirini qəbul edib
# 02 aprel 2015 13:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Baş nazir Artur Rasizadə ölkəmizdə səfərdə olan Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkovu qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qəbulda iştirak edib.

Görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğu qeyd edilib. Eyni zamanda qarşılıqlı faydalı əlaqələrin dərinləşməsi üçün bütün imkanlardan, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsindəki potensialdan yararlanmağın zəruriliyi qeyd olunub. Belarusun regionun lider dövləti olan Azərbaycanla geniş əməkdaşlığa maraq göstərdiyi nəzərə alınaraq müxtəlif istiqamətlərdə müştərək müəssisələrin yaradılmasının, həmçinin informasiya xidməti, elektron təhlükəsizlik, texnoparkların yaradılması, kosmik sənaye, nüvə texnologiyaları və nüvə energetikası sahələrində də birgə fəaliyyətin mümkünlüyü bildirilib.

Görüş zamanı rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR