Irəvanda etirazçılarla polis arasında gərginlik artıb

Irəvanda etirazçılarla polis arasında gərginlik artıb
# 27 iyun 2015 02:42 (UTC +04:00)

Bakı-APA. Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası iştirakçıları ilə polis arasında gərginlik artıb.

APA-nın “UNN” agentliyinə istinadən verdiyi məlumata görə, nümayiş davam edən əraziyə xeyli sayda polis qüvvələri yeridilib.

Avtobuslarla Baqramyan prospektinə gətirilən əlavə polis qüvvələri nümayişçiləri mühasirəyə almağa başlayıb.

“Hüquq-mühafizə orqanlarının rəhbərləri bizə vəd edib ki, aksiyanın dinc şəkildə keçirildiyi təqdirdə polis əməkdaşlarının sayı artmayacaq. Lakin onlar verdikləri vədə sadiq qalmırlar”, etirazçılar bildirib

Ermənistan polisinin rəisi Vladimir Qasparyanın sözlərinə görə, qanunlara riayət edildiyi halda polis nümayişçilərə qarşı güc tətbiq etməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR