SOCAR-ın “Neftqaztikinti” Trestinin yeni inzibati binası istifadəyə verilib - FOTO

SOCAR-ın “Neftqaztikinti” Trestinin yeni inzibati binası istifadəyə verilib - <span style="color: red;">FOTO
# 19 mart 2015 10:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda SOCAR-ın “Neftqaztikinti” Trestinin yeni inzibati binasının açılışı olub.

APA-Economics”in məlumatına görə, SOCAR prezidenti Rövnəq Abdullayev və onu müşayiət edən şəxslər binaya baxış keçirib, yaradılmış şəraitlə tanış olublar.

SOCAR prezidentinə məlumat verilib ki, Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilmiş bina Bakının Xətai rayonu, Zığ yolu üzərində tikilib. Binanın inşasına ötən ilin yanvar ayından başlanılıb. “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən inşa olunmuş yeni inzibati bina pilləvari olmaqla, 3, 5 və 7 mərtəbədən ibarətdir. İnzibati binada hər cür avadanlıqlarla təchiz olunmuş 90 iş otağı, 240 nəfərlik böyük və 30 nəfərlik kiçik konfrans zalları, yeməkxana, eləcə də 100 avtomobil üçün yeraltı dayanacaq mövcuddur.

Bundan başqa, binanın ərazisində 2 ədəd yeni 1000 kVt-luq yarımstansiya, qazanxana və hər biri 150 kubmetrlik 2 ədəd su çəni inşa edilib. Yeni inzibati bina avtomatik yanğınsöndürmə sistemi ilə də təchiz olunub. 8247 kvadrat metrə yaxın sahəsi olan inzibati binanın ətrafı abadlaşdırılıb, asfalt örtüyü salınıb, yaşıllıqlar salınıb.

R. Abdullayev yeni inzibati binada yaradılmış şəraitdən, görülmüş işlərdən razı qaldığını söyləyib. O, neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR