Qusar sakini zoğal ağacından özünü asıb

Qusar sakini zoğal ağacından özünü asıb
# 10 sentyabr 2014 07:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Qusar rayonunda intihar hadisəsi baş verib.

Qusar Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Şirvanovka kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Radik İbrahim oğlu Mahmudov yaşadığı evin həyətindəki zoğal ağacından özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR