Azərbaycan polisi 12 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb

Azərbaycan polisi 12 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
# 17 noyabr 2014 08:16 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 15-də Biləsuvar Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Amankənd kəndinin ərazisində İran İslam Respublikasının vətəndaşı Həmid Qureyşi Mirətadan 5 kiloqram tiryək götürülüb.

Bundan başqa, Biləsuvar Rayon Polis Şöbəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində Yardımlı rayonunun Pirembel kəndi ərazisində Bakı şəhər sakini Əziməmməd Məmmədovdan 1 kiloqram tiryək və 6 kiloqram həşiş qatranı götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR