Çitada qətlə yetirilən azərbaycanlı sahibkarın şəxsiyyəti müəyyənləşib

Çitada qətlə yetirilən azərbaycanlı sahibkarın şəxsiyyəti müəyyənləşib
# 28 mart 2013 13:57 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Rusiyanın Çita şəhərində qətlə yetirilən azərbaycanlı sahibkarın şəxsiyyəti müəyyənləşib. APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs 1973-cü il təvəllüdlü Şahbazov Samid Sultanağa oğludur.

Hadisə bu gün saat 09.00 radələrində şəhərin Georgiya Kostina küçəsində, Samid Şahbazovun yaşadığı evdə baş verib. Evdə mərhumun 17 və 30 yaşlı bacısı oğlanları olub. Onlardan biri çöl qapını açıb bayıra çıxmaq istəyərkən evə iki maskalı şəxs soxulub. Maskalı şəxslər odlu silahı mərhumun başına dirəyərək ondan külli miqdarda pul tələb ediblər. Bacısı oğlanları və Samid Şahbazov silahlılara müqavimət göstəriblər. Bu zaman maskalı şəxslərdən biri atəş açıb. Ürəyindən güllə yarası alan Samid Şahbazov hadisə yerində keçinib. Mərhumun 30 yaşlı qardaşı oğlu maskalı şəxslərin əlindən silahı ala bilsə də, onlar hadisə yerindən qaçıblar.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdən qətldə istifadə olunan kustar üsulla hazırlanmış tapança götürüblər.

Faktla bağlı Rusiya Cinayət Məcəllənin 105-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Çita şəhərində sahibkarlıqla məşğul olan Samid Şahbazov əslən Masallıdandır və Rusiya vətəndaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR