Ankarada "Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda konfrans keçirilib - FOTOSESSİYA

Ankarada "Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 08 may 2015 09:36 (UTC +04:00)

Bakı-APA. Ankarada fəaliyyət göstərən Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE) "Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda konfrans keçirilib. Tədbiri Azərbaycanın Türkiyədəki səfirliyi təşkil edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində keçirilən konfransda Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, sabiq nazirlər, qeyd olunan institutun müəllim və tələbə kollektivi, elm adamları, ictimai xadimlər, Ankarada təhsil alan azərbaycanlı tələbə və müdavimlərlə yanaşı, diaspor və KİV nümayəndələri iştirak ediblər.

Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən sənədli filmin nümayişindən sonra Səfir Faiq Bağırov, TODAİE-nin baş direktoru Onur Əndər Aslan, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, qeyd olunan institutun dosenti Erkan Tural və doktorantı Elnur Əliyev çıxış ediblər.

Daha sonra Ankaradakı Heydər Əliyev parkında tədbir keçirilib. Çıxışlardan sonra Heydər Əliyev Məktəbinin şagirdləri arasında təşkil olunmuş rəsm, inşa və şer müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR