Dövlət Musiqili Teatrında “Toya bir gün qalmış” tamaşasının premyerası olacaq

Dövlət Musiqili Teatrında “Toya bir gün qalmış” tamaşasının premyerası olacaq
# 09 aprel 2015 09:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 16-da Azərbaycan Dövlət Musiqili Teatrında Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının premyerası olacaq.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, səhnə əsəri xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyinə həsr olunub. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur. Komediyada musiqiləri Ənvər Sadıqov səsləndirəcək.

Əsas obrazları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Ziyadxan Cəbrayılov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov ifa edirlər.

Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR