Azərbaycan Hesablama Palatasının illik hesabatı parlamentə təqdim olunub

Azərbaycan Hesablama Palatasının illik hesabatı parlamentə təqdim olunub
# 29 mart 2013 14:58 (UTC +04:00)

Bakı – APA-Economics. Hesablama Palatasının dünən keçirilən son kollegiya iclasında «Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci ildə fəaliyyəti haqqında hesabat»ı geniş müzakirə olunaraq təsdiq edilib və sənədin Milli Məclisdə müzakirə üçün təqdim olunması qərara alınıb.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, iclasda, həmçinin, dövlət büdcəsindən Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının (2008-2012-ci illər) icrası üçün Təhsil Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinin auditinin nəticəsi üzrə Rəy və Hesabat da müzakirə edilərək təsdiq olunub, nəzarət tədbiri nəticəsi barədə Milli Məclisə məlumatın təqdim edilməsi qərara alınıb.


Bundan əlavə, iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsi xərclərinin funksional təsnifatının «Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət» bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Dövlət Televiziya və Radio verilişləri Komitəsinin saxlanılmasına ayrılan vəsaitlərin, həmçinin büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə icrasına dair audit proqramları da təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR