Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edilib

Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edilib
# 09 iyul 2014 11:36 (UTC +04:00)

Bakı. Şirin Abbasov - APA. Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228 (qanunsuz narkotik vasitə satma) və 222-ci (qanunsuz silah saxlama) maddələri ilə axtarışda olan Samir Əzizov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR