Bakıda qohumlar arasında kütləvi dava baş verib

Bakıda qohumlar arasında kütləvi dava baş verib
# 01 iyul 2015 14:56 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda qohumlar arasında dava düşüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Bakı şəhər sakinləri, 1976-cı il təvəllüdlü Xəyal Zülfəli oğlu Alşanov, qardaşı 1974-cü il təvəllüdlü Ramiz, qardaşı oğlu 1994-cü il təvəllüdlü Ramid, 1989-cu il təvəllüdlü Nihad Nazim oğlu Məmmədov, Valeh Xəlil oğlu Süleymanov və Əli Elxan oğlu Abıyev xuliqanlıq zəminində bir birlərini döyüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR