Bakıda baş verən yanğında bir nəfər ölüb

Bakıda baş verən yanğında bir nəfər ölüb
# 01 mart 2013 06:52 (UTC +04:00)

Bakı - APA. Bakının Sabunçu rayonunda yaşayış evində yanğın baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 28-də Bakı şəhəri, Sabunçu rayonunda 1972-ci il təvəllüdlü Davud Həsən oğlu Babayevə məxsus, ümumi sahəsi 15 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın yerinin kəşfiyyatı zamanı hadisə yerində ev sahibinin cəsədi aşkarlanıb. Yanğın saat 23:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR