FHN və AEBA-nın birgə layihəsi çərçivəsində seminar keçirilir - FOTO - VİDEO

FHN və AEBA-nın birgə layihəsi çərçivəsində seminar keçirilir - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 sentyabr 2015 09:59 (UTC +04:00)

Bakı - APA. Bu gün “Kempinski Badamdar” otelində Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə həyata keçirdiyi “Ətraf mühitin bərpası üzrə proqramların dəstəklənməsi” adlı texniki əməkdaşlıq layihəsi çərçivəsində “Bərpa prosesindən sonra ərazilərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti” mövzusunda regional seminar başlayıb.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda Azərbaycan, Böyük Britaniya, Bolqarıstan, Belarus, Qırğızıstan, Ukrayna, Xorvatiya, Estoniya, Gürcüstan, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Rumıniya, Rusiya Federasiyası, Slovakiya, Serbiya, Tacikistan, Özbəkistan və ABEA-dan 70 nümayəndə iştirak edir.

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə seminar iştirakçılarını salamlayıb, bu tədbirin region ölkələrində ətraf mühitin mühafizəsi üçün əhəmiyyətindən bəhs edib.

Seminarda çıxış edən ABEA-nın Texniki Əməkdaşlıq Departamentinin nümayəndəsi Andrey Çupov və Atom Enerjisi Departamentinin bölmə rəhbəri Horst Riçard Monken Fernandes, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynov bərpa edilmiş obyektlərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti zamanı istifadə olunan ən müasir metodologiyalardan bəhs edib, Neftçala rayonu və Bakı şəhərinin Ramana qəsəbəsində FHN-in rəhbərliyi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nəzarəti altında uğurla həyata keçirilən neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərin təmizlənməsi layihələrini slaydlar vasitəsilə təqdim ediblər.

Seminar işini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR