Gürcüstanın daxili işlər naziri: “Gürcüstanın güc strukturlarında azərbaycanlı kadrların sayı artacaq”

Gürcüstanın daxili işlər naziri: “Gürcüstanın güc strukturlarında azərbaycanlı kadrların sayı artacaq”
# 19 mart 2013 16:33 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Azərbaycanlı kadrlar bizim üçün əhəmiyyətlidir”. Bu sözləri Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili keçirdiyi mətbuat konfransında APA-nın müxbirinin sualını cavablandırarkən deyib. O bildirib ki, Gürcüstanın güc strukturlarında azərbaycanlı kadrların sayı artacaq: “Azərbaycanlıların kompakt yaşadığı bölgədə polis sistemində çalışan kadrların sayı artırılacaq. Bizim üçün bu kadrlar böyük əhəmiyyət daşıyır. Biz istəyirik ki, polis sistemində daha layiqli kadrlar çalışsın və bunun üzərində işləyirik. Mən Marneuli Polis İdarəsində rəis müavini vəzifəsində çalışan azərbaycanlı polisi yaxşı tanıyıram. Layiqli kadrdır. Mənim daxili işlər naziri vəzifəsinə təyin olunmağımdan sonra 12 nəfər azərbaycanlı polisə işə götürülüb. Bu rəqəm daha da artacaq”.

Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda ölkənin polis sistemində 59 azərbaycanlı çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR