Mehman Səlimovun məhkəməsi davam etdirilib

Mehman Səlimovun məhkəməsi davam etdirilib
# 28 sentyabr 2015 10:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovum cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatının görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq əməkdaşı Zakir Niftəliyev ifadə verib. O bildirib ki, Mehman Səlimovla yaxın münasibəti olmayıb, hərbi şəhərciyin tikintisi ilə bağlı bir dəfə Mehman Səlimovla görüşüb.

Daha sonra prosesdə şahid Anar Həsənov ifadə verib. O, Mehman Səlimovla işgüzar münasibətinin olduğunu açıqlayıb.

Məhkəmə prosesi oktyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, Mehman Səlimov 2014-cü ildə həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR