APA-nın məlumatına görə, layihə barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
Dəyişikliyə əsasən, konsullar xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarını qeydiyyatdan keçirəcəklər.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.