Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.
İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, büro tərəfindən 2015-ci il aprelin 16-da saat 17:00 radələrində Bakı şəhəri Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5000 manat məbləğində növbəti kompensasiya ödənişi verilib.