"Azəriqaz": Oktyabrda 7,7 min yeni abonent qeydə alınıb

"Azəriqaz": Oktyabrda 7,7 min yeni abonent qeydə alınıb
# 17 noyabr 2015 06:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayı ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 7778 yeni abonent qeydiyyata alınıb.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, yeni qeydə alınan abonentlərdən 3001-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 4777-si isə regionların payına düşüb.

Ümumiyyətlə cari ilin yanvar-oktyabr aylarında qeydiyyata alınmış yeni abonentlərin sayı 68111 təşkil edib. Bu göstəricinin də 24904-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 43207-si isə regionlar üzrə olub.

Cari ilin oktyabr ayında əhali sektoru üzrə 142 mln. 862 min 309 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 113,2% təşkil edib. Onu da qeyd edək ki, noyabrın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 125 590 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, 331 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR