Türkiyədə kubok qarşılaşmalarının vaxtı dəyişdirilib

Türkiyədə kubok qarşılaşmalarının vaxtı dəyişdirilib
# 06 aprel 2015 19:26 (UTC +04:00)

Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, artıq “Manisaspor” və “Qalatasaray” arasında baş tutmalı olan matçın biletlərinin satışı dayandırılıb.

Qeyd edək ki, Türkiyə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Fənərbaxça” – “Mersin İdman Yurdu”, “Sivasspor – “Kayserispor”, “Gənclərbirliyi” – “Bursaspor”, “Manisaspor” - “Qalatasaray” qarşılaşmaları 7 və 8 apreldə keçirilməli idi. Qərara əsasən, həmin oyunların tarixi növbəti həftəyə keçirilib.

Xatırladaq ki, məlum qərarlar “Fənərbaxça” klubunun avtobusuna olan silahlı basqından sonra verilib. “Rizəspor”la oyundan sonra İstanbula qayıtmaq üçün Trabzon şəhərinin hava limanına yola düşən “sarı-lacivərdlilər”in avtobusu Trabzon vilayəti ərazisində atəşə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR