Raffi Ovannisyan: “Necə olur ki, helikopter Azərbaycan mövqelərindən cəmi 150 metr aralıda təlim uçuşu keçirir?”

Raffi Ovannisyan: “Necə olur ki, helikopter Azərbaycan mövqelərindən cəmi 150 metr aralıda təlim uçuşu keçirir?”
# 21 noyabr 2014 12:58 (UTC +04:00)

Bakı – APA. Ermənistanın “İrs” Partiyasının lideri Raffi Ovannisyan Dağlıq Qarabağda hərbi helikopterin vurulması ilə əlaqədar ölkə rəhbərliyinə suallar ünvanlayıb.

APA-nın “tert.am” saytına istinadən verdiyi xəbərə görə, V. Ovannisyan helikopterin niyə Azərbaycan mövqelərindən cəmi 150 metr aralıda təlim uçuşu keçirdiyini soruşub: “Necə olur ki, uçuş bizim mövqelərimizdən 350 metr və Azərbaycan mövqelərindən 150 metr aralıda həyata keçirilir? Bu sual açıqdır, erməni tərəfinin cavabını tələb edir və çoxlarını narahat edir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR