Samir Şərifov: “Azərbaycan heç vaxt ticarət yönümlü xarici borclanmaya getməyib”

Samir Şərifov: “Azərbaycan heç vaxt ticarət yönümlü xarici borclanmaya getməyib”
# 03 may 2015 09:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azərbaycan heç bir zaman ticarət yönümlü xarici borclanmaya getməyib”.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir Azərbaycanın buna ehtiyacı olmadığını deyib: “Şübhəsiz ki, bəzi ölkələr gəlirləri azaldıqda müvəqqəti addım kimi, müvəqqəti iqtisadi siyasət tədbiri kimi xarici borclanmaya gedə bilər. Mən hesab edirəm ki, bu, Azərbaycan üçün o qədər vacib deyil. Keçən il bizim dövlətimiz ilk dəfə olaraq beynəlxalq bazarlarda xarici valyutada ifadə olunmuş öz dövlət istiqrazlarını yerləşdirib. Əvvəllər isə Azərbaycan bütün borclanmaları konkret layihələrlə bağlı olub. Yəni, bunlar konkret olaraq fiziki və sosial infrastrukturun maliyyələşdirilməsi ilə bağlı olub. Azərbaycan heç bir zaman ticarət yönümlü xarici borclanmaya getməyib. Buna görə də bu gün də buna kəskin ehtiyac duyulmur”.

S. Şərifov əlavə edib ki, ölkə prezidentinin göstərişləri uyğun olaraq Azərbaycanın xarici borcları nəzarətdə saxlanılır və borclanmanın artması məqsədəuyğun sayılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR