2015-ci ilin dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 100 mln. manat ayrılacaq

2015-ci ilin dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 100 mln. manat ayrılacaq
# 16 oktyabr 2014 08:26 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərin verilməsi üçün 2015-ci ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) 100 mln. manat vəsait nəzərdə tutulub.

APA-Economics”in xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2015-ci ilin dövlət və icmal büdcələrinin təqdimatında bildirilir.

Fəaliyyətə başladığı dövrdən 2015-ci il nəzərə alınmaqla dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına SKMF-də üst-üstə 1 747,3 mln. manat (dövlət büdcəsi hesabına 931,0 mln. manat, verilmiş kreditlərin qaytarılmasından daxil olan vəsait hesabına 816,3 mln. manat) məbləğində kreditlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR