Xəqani Abdullayev: «Azərbaycanın üzən məzənnə siyasətinə keçidi hazırda məqsədəuyğun deyil»

Xəqani Abdullayev: «Azərbaycanın üzən məzənnə siyasətinə keçidi hazırda məqsədəuyğun deyil»
# 30 aprel 2013 12:44 (UTC +04:00)

Bunu «APA-Economics»ə açıqlamasında Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev bəyan edib.

X.Abdullayevin sözlərinə görə, hazırda makroiqtisadi sabitliyin qorunması, inflyasiya siyasətinin həyata keçirilməsi, iqtisadiyyatda tarazlığın saxlanması üçün məzənnənin nəzarət altında saxlanması və onun sabitliyinin qorunması əsas məqsəddir. Hazırkı vəziyyətdə, yəni Mərkəzi Bankın uçot dərəcəsinin makroiqtisadi proseslərə təsir etməməsi şəraitində məzənnənin nəzarətindən imtina etmək olmaz.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətini üzən məzənnə siyasətinə keçməyə çağırır. X.Abdullayevin sözlərinə görə, bu təklif daha çox makroiqtisadi nəzəriyyəyə əsaslanır və mövcud reallıqları nəzərə almır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR