ADA-da Əfqanıstanın rəsmi şəxsləri üçün təlim kursu keçirilir

ADA-da Əfqanıstanın rəsmi şəxsləri üçün təlim kursu keçirilir
# 20 oktyabr 2014 13:23 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bu gün ADA-nın İxtisasartırma Proqramı Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi, Latviyanın Xarici İşlər Nazirliyi və İsveçrənin Azərbaycandakı səfirliyi ilə birgə Əfqanıstan rəsmiləri üçün həyata keçirdiyi “Keçid dövründə Dövlət Quruculuğu” adlı V Bakı kursuna start verilib.

APA – nın məlumatına görə, təlim kursunun rəsmi açılışında ADA Universitetinin rektoru Hafiz Paşayev, İsveçrənin Azərbaycandakı səfiri Paskal Aebişer, Latviyanın ölkəmizdəki səfiri Hadijs Baumanis və Əfqanıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Miraslam Vazeri iştirak ediblər.

Qeyd edək ki, təlim çərçivəsində Əfqanıstanın 20 nəfər dövlət rəsmisi fərqli sistemlər çərçivəsində gender, sülh və ədalət, medianın idarə edilməsi, keçid dövründə insan hüquqları, hökumət və ədalət sistemləri daxilində korrupsiya ilə mübarizə, təhsil, vətəndaş cəmiyyəti, insan təhlükəsizliyi, vətəndaş hərəkatları və ekstremizmlə mübarizə kimi mövzular ətrafında məlumatlandırılacaq. Eyni zamanda, iştirakçılar ADA-nın kampusu və Bakının bir sıra tarixi əhəmiyyətli yerləri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Təlim kursunun sonunda iştirakçılar sertifikatla təltif olunacaqlar. Təlim oktyabrın 29-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR