Şimal bölgəsində 16 məntəqədə “exit poll” keçirilir - FOTOSESSİYA

Şimal bölgəsində 16 məntəqədə “exit poll” keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 01 noyabr 2015 07:09 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün keçirilən parlament seçkiləri ilə bağlı şimal bölgəsində fəaliyyət göstərən 6 dairə seçki komissiyasının 16 seçki məntəqəsində “exit poll” keçirilir.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 51 saylı Qusar seçki dairəsində bir, 52 saylı Quba seçki dairəsində 4, 53 saylı Quba-Qusar seçki dairəsində 6, 54 saylı Şabran-Siyəzən seçki dairəsində 2, 55 saylı Xaçmaz şəhər seçki dairəsində 2, 56 saylı Xaçmaz kənd seçki dairəsində isə 1 məntəqədə “exit poll” keçirilir.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 1 saylı seçki məntəqəsində olan rusiyalı müşahidəçilər seçkilərin gedişatını izləyiblər. Onların Şabranın daha bir neçə məntəqəsi və Siyəzən rayonunda prosesi izləyəcəklərini bildirib.

Şimal bölgəsində qeydə alınan seçicilərin sayı 278 min 72 nəfərdir. Onlardan 2 min 894 nəfəri ilk dəfə səs verən gənclərdir. Bu bölgənin ən yaşlı seçicisi isə Şabran rayonunun Şahnəzərli kəndinə yaşayan 109 yaşlı Kübra Qasımovadır. Şimal bölgəsində olan 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrindən bildirilib ki, məntəqələrdə səsvermənin ilk saatlarından hər hansı bir problem qeydə alınmayıb.

Şimal regionunda seçki prosesini 4 min 342 yerli və xarici müşahidəçi izləyir. Bununla yanaşı 62 məntəqədə veb kamera quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR