İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinət artırılıb.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.
İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinət 400 manatdan 700 manata qaldırılıb.
Qeyd edək ki, insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin maliyyələşdirilməsi Daxili İşlər Nazirliyi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.