Yuxarı Şirvan kanalında boğulan 14 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

Yuxarı Şirvan kanalında boğulan 14 yaşlı oğlanın meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 06 iyul 2016 17:42 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Yuxarı Şirvan su kanalında boğulan 14 yaşlı oğlanın meyiti tapılıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçayın Dövranlı kəndinin sakini 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir dalğıc-axtarış xilasetmə qrupunun əməkdaşları tərəfindən boğulduğu yerdən 200 metr aralıda tapılıb.

 

Meyit aidiyyatı üzrə təhvil verilib.

 

 

SAAT 16:58

 

 

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda 14 yaşlı yeniyetmə su kanalında boğularaq dünyasını dəyişib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Dövranlı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub.

 

Kənd sakinləri meyiti kanaldan çıxara bilməyiblər.

 

Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir dalğıc-axtarış xilasetmə qrupunun əməkdaşları cəlb edilib.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR