Naxçıvan Ali Məclisi sədrinin müavinləri seçilib

Naxçıvan Ali Məclisi sədrinin müavinləri seçilib
# 17 noyabr 2015 16:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavinləri seçilib.

APA-nın məlumatına görə, 10 saylı Şərur şəhər Seçki Dairəsindən deputat Azər Zeynalov Ali Məclis sədrinin I müavini, 21 saylı Məzrə Seçki Dairəsindən deputat Mirhəşim Seyidov isə Ali Məclis sədrinin müavini seçilib.


Qeyd edək ki, IV çağırış Ali Məclisdə də A. Zeynalov Ali Məclis sədrinin I müavini, M. Seyidov isə Ali Məclis sədrinin müavini olub.

Qeyd edək ki, bu gün sessiyada Vasif Talıbov yenidən Ali Məclis sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR