ABŞ-da polis 14 yaşlı oğlanı güllələyib

ABŞ-da polis 14 yaşlı oğlanı güllələyib
# 11 avqust 2016 10:37 (UTC +04:00)

Bakı-APA. Los-Ancelesdə polis Latın Amerikası əsilli yeniyetməni öldürüb.

APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, hadisə avqustun 9-da şəhərin cənubunda baş verib.

Vandalların axtarışı ilə məşğul olan polis küçədə iki yeniyetməni saxlamaq istəyib.

Yeniyetmələrdən biri dərhal qaçmağa başlayıb və polis onu təqib edib. Yeniyetmə tapançanı çıxararaq polislərə bir neçə dəfə atəş açıb. Polisin cavab atəşi ilə Latın Amerikası əsilli 14 yaşlı Cessi Ceyms Romero hadisə yerində ölüb.

Onun cəsədi yaxınlığında atəş açdığı tapança aşkarlanıb və tapança ekspertizaya göndərilib.

Romeronun polislərin tələbinə tabe olaraq qaçmayan yoldaşı isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR