Elşad İskəndərov: “Azərbaycana xaricdən dini ədəbiyyatın gətirilməsində məhdudiyyət yoxdur” - FOTO

Elşad İskəndərov: “Azərbaycana xaricdən dini ədəbiyyatın gətirilməsində məhdudiyyət yoxdur” - <span style="color: red;">FOTO
# 06 aprel 2013 13:07 (UTC +04:00)

Quba. Vəli Turan - APA. “Azərbaycana xaricdən gətirilən dini ədəbiyyatla bağlı hər hansı qadağa yoxdur”. APA-nın şimal bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

Onun sözlərinə görə, din xadimləri istənilən ölkədən din ədəbiyyat gətirə bilər: “Sadəcə, bunun kütləvi hal alması yolverilməzdir”. E.İskəndərov bu sahənin komitə tərəfindən tənzimləndiyini bildirib: “Zərərli xarakter daşıyan dini ədəbiyyatın siyahısı şəffaf şəkildə komitə tərəfindən tərtib olunub və bu siyahının mütəmadi yenilənməsi həyat keçirilir”.

Komitə sədri əksər dini ədəbiyyatların ölkəyə fərdi şəkildə yox, daha çox icmalar tərəfindən sifarişlə gətirildiyini qeyd edib. Onun sözlərinə görə, həmin icmaların da öncədən müraciət edib həmin ədəbiyyatların qanunsuz olub-olmadığını öyrənmək hüququ var. E.İskəndərov dini ədəbiyyatın daha çox yerli müəlliflər tərəfindən yazılmasının tərəfdarı olduğunu və bu sahəyə maddi yardım olunduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR