Azərbaycanda yeni lizinq şirkəti yaradılır

Azərbaycanda yeni lizinq şirkəti yaradılır
# 04 mart 2013 14:54 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Vestmark Financial Leasing Investment Company» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 50 manat, sayı 80 ədəd, emissiyanın ümumi həcmi isə 4 min manat təşkil edir.

Sözügedən qiymətli kağızlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra «Vestmark Financial Leasing Investment Company» ASC-nin nizamnamə kapitalı formalaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR