Londonun mərkəzində Marqaret Tetçerin ölümü bayram edilib

Londonun mərkəzində Marqaret Tetçerin ölümü bayram edilib
# 14 aprel 2013 04:18 (UTC +04:00)

Bakı-APA. London polisi Böyük Britaniyanın keçmiş baş-naziri Marqaret Tetçerin ölümünü bayram edən ən azı 9 aksiya üzvünü həbs edib.

Marqaret Tetçer bu günlərdə 87 yaşında dünyasını dəyişib.

APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, Trafalqar meydanında aksiya iştirakçıları arasında keçmiş şaxtaçı, solçu hərəkatların fəalları və tələbələr olub. Onlar özləri ilə keçmiş baş-nazirin müqəvvasını gətiriblər və onun ətrafında mahnılar oxuyaraq rəqs ediblər.

Aksiya sosial şəbəkələr vasitəsi ilə planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR