Kürdəmirdə maşın aşıb, 4 nəfər xəsarət alıb

Kürdəmirdə maşın aşıb, 4 nəfər xəsarət alıb
# 11 mart 2013 15:26 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumata görə, rayonun Aran qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rəsulov Nizami Ayaz oğlu 99-SZ-915 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik maşını ilə Kürdəmirin Xırdapay kəndi ərazisində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Nizami Rəsulov, sərnişinləri - 1989-cu il təvəllüdlü Abdullayev Xalid Məhərrəm oğlu, 1990-cı il təvəllüdlü İmamverdiyev Nəhmət Mehman oğlu və 1986-cı il təvəllüdlü Abdulrəhmanov Vüsal Ağasəlim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR