Bank Of Baku

Qeyri-neft-qaz mallarının Azərbaycan mənşəli olmasının müəyyən edilməsi Qaydası təsdiqlənib

Qeyri-neft-qaz mallarının Azərbaycan mənşəli olmasının müəyyən edilməsi Qaydası təsdiqlənib
# 23 oktyabr 2026 17:29 (UTC +04:00)

“İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası” təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qaydaya əsasən, ixrac daşıma dəstəyi məbləğinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olması aşağıdakı qaydada müəyyən edilir:

“Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən

Azərbaycan Respublikasının istifadəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan

Respublikası Prezidentinin 2024-cü il 8 iyul tarixli 126 nömrəli Fərmanında nəzərdə tutulmuş Qaydaya uyğun olaraq ixracatçıya Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemində qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsi və malın müvafiq təsdiqedici kod əsasında Avropa İttifaqına üzv olan dövlətlərə, habelə Norveç Krallığına və İsveçrə Konfederasiyasına ixrac edilməsi;

- Yuxarıda nəzərdə tutulan hal istisna olmaqla, malın Azərbaycan Respublikası mənşəli olmasını müəyyən edən mənşə ölkəsini təsdiq edən sertifikat ilə müşayiət olunmaqla ixrac edilməsi.

Daxili daşıma dəstəyi məbləğinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olması satıcının (malgöndərənin) (ərizəçi) müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Mərkəz)

tərəfindən verilən qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasını təsdiq edən mənşə rəyi əsasında müəyyən edilir.

Daxili daşıma dəstəyi məbləğinin ödənilməsi zamanı qeyri-neft-qaz malları aşağıdakı meyarlardan birinə cavab verdikdə Azərbaycan Respublikası mənşəli hesab edilir:

- Naxçıvan Muxtar Respublikasının ərazisində tam istehsal edilmiş mallar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları”nsa müvafiq qaydada tətbiq olunmaqla) və ya;

- Naxçıvan Muxtar Respublikasının ərazisində aşağıdakı meyarlardan birinə cavab verməklə kifayət qədər emal olunmuş mallar:

- emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində mal mövqeyi dəyişdikdə;

- malın istehsalında istifadə edilmiş Azərbaycan Respublikası mənşəli olmayan materialların dəyəri, son malın franko-zavod şərtilə qiymətinin 50 faizindən artıq olmadıqda.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR