Əli Həsənov: “Sülh danışıqları baş tutarsa, “Böyük qayıdış” proqramı icra olunacaq”

Əli Həsənov: “Sülh danışıqları baş tutarsa, “Böyük qayıdış” proqramı icra olunacaq”
# 12 aprel 2013 12:58 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, tikinti işlərini həyata keçirən müəssisələrin rəhbərləri, komitənin yerlərdəki nümayəndələri ilə görüşən Ə. Həsənov işlərin gedişindən razı qaldığını bildirsə də, bəzi göstəriş və tövsiyələr də verib.

Komitə sədri bildirib ki, Bərdədə 15 ədəd beşmərtəbəli bina inşa olunur. Yeni yaşayış massivi rayon ərazisində, orta məktəb, uşaq bağçaları, digər inzibati binalarda və başqa ağır sosial şəraitdə məskunlaşan məcburi köçkünlər üçün nəzərdə tutulub. Yeni şəhərcik bu ilin avqust ayınadək istifadəyə hazır olacaq.

Bu proqramların icrasının dayandırılma ehtimalı da var. Bu isə Azərbaycan və Ermənistan arasında aparılan danışıqların nəticəsindən asılıdır. “Əgər sülh danışıqları baş tutarsa, həyata keçirilən proqramlar dayandırılacaq. Bundan sonra “Böyük qayıdış” proqramı icra olunacaq”, deyə Ə. Həsənov vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR