Ermənistanla təmas rayonlarda yaşayan uşaqlar üçün istirahət təşkil edilir

Ermənistanla təmas rayonlarda yaşayan uşaqlar üçün istirahət təşkil edilir
# 27 avqust 2014 10:30 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. 27 avqust-10 sentyabr tarixlərində 120 uşağın Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay düşərgəsi təşkil ediləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşərgədə Tərtər, Ağdam, Ağstafa, Goranboy və Tovuz rayonlarının Ermənistanla həmsərhəd kəndlərindən olan 10-16 yaşlı uşaqlar istirahət edəcək. İstirahət zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə müxtəlif fəaliyyətlər həyata keçiriləcək. Yay düşərgənin açılışı 28 avqust saat 11.00-da olacaq.

Qeyd edək ki, Azərbaycan müharibə vəziyyətini nəzərə alaraq təmas xəttində yerləşən rayonlardan olan uşaqların inkişafı məqsədilə xüsusi tədbirlərin keçirilməsi planlaşdırılır. Ölkə rəhbərliyinin tapşırığına əsasən, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə Azərbaycanın Ermənistanla sərhəd bölgələrindən, xüsusilə təmas xəttinə yaxın rayonlarından olan uşaqların istirahətinin təşkilini nəzərdə tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR