Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti bərpa edilib

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti bərpa edilib
# 01 may 2013 11:23 (UTC +04:00)
Bakı. Fuad Cəfərov -APA. Bakıda bu gün başlayan “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turu ilə əlaqədar olaraq üç saatdan artıq bağlı qalan Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti bərpa edilib.

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Məlumatda Heydər Əliyev prospektində (Heydər Əliyev Mərkəzindən metronun “Koroğlu” stansiyasına kimi) hərəkətin tam bərpa olunduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR