Azərbaycanın Almaniyadakı səfiri: “Ukrayna böhranından sonra Almaniya üçün Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”

Azərbaycanın Almaniyadakı səfiri: “Ukrayna böhranından sonra Almaniya üçün Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”
# 09 iyul 2014 09:11 (UTC +04:00)


Bakı. Ramiz Mikayıloğlu - APA. “Ukrayna böhranından sonra Almaniya üçün Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov deyib.

Almaniyada Azərbaycana marağın artdığını bildirən P. Şahbazov Almaniyanın enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq inkişaf etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR