İranda daha iki jurnalist azadlığa buraxılıb - FOTO

İranda daha iki jurnalist azadlığa buraxılıb - <span style="color: red;">FOTO
# 26 fevral 2013 08:37 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda bu il yanvarın sonlarında həbs edilmiş daha iki jurnalist azadlığa buraxılıb.

APA-nın “Radifərda”ya istinadən məlumatına görə, bunlar Reyhanə Təbatəbayi və Əli Əkbər Müntəcəbidir. Onları ailələrinin qoyduğu zəmanətlə fevralın 25-də müvəqqəti olaraq sərbəst buraxıblar.

Reyhanə Təbatəbayi “Bahar” qəzetinin siyasət şöbəsinin yazarı, Əli Əkbər Müntəcəbi isə “Asiman” həftəlik dərgisinin baş redaktorudur.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları yanvarın 26-dan bəri xarici ölkələrdə fəaliyyət göstərən bir sıra əks-inqilabçı media və telekanallarla, xüsusilə Böyük Britaniyanın BBC teleradiosu ilə əməkdaşlıqda günahlandıraraq 18 jurnalisti həbs edib. Onlardan yalnız Reyhanə Təbatəbayi və Əli Əkbər Müntəcəbi də daxil olmaqla 9 nəfər azadlığa buraxılıb. Bundan əvvəl də Mütəhhirə Şəfiyi, Cavad Dəliri, Hüseyn Yağçı, Emili Əmrai, Nərgiz Cudəki, Fatimə Sağərçi və Keyvan Mehreqan zəmanətlə azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR