Nadejda Savçenkoya “Ukrayna Qəhrəmanı” adı verilib

Nadejda Savçenkoya “Ukrayna Qəhrəmanı” adı verilib
# 02 mart 2015 16:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə P. Poroşenkonun “Facebook” səhifəsində məlumat verilib.

P. Poroşenko bildirib ki, N. Savçenko Ukrayna ruhunun sınmazlığının, Ukraynanı necə sevməyin və müdafiə etməyin, eləcə də qələbənin simvoludur. “Biz sizi əsirlikdən xilas etmək üçün hər şeyi edəcəyik. Mən çox ümid edirəm ki, sizə “Ukrayna Qəhrəmanı”nın qızıl ulduzunu təqdim edə biləcəyəm”, - deyə o, müraciətində vurğulayıb.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü N. Savçenko 2014-cü il iyulun əvvəlində Donbassda gedən döyüşlər zamanı separatçılar tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Donbassda həlak olan 2 Rusiya jurnalistinin ölümündə ittiham olunur. N. Savçenko həbsdə olarkən Ukrayna Ali Radasının deputatı seçilib və ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvüdür. Bu il fevralın 10-da Moskvanın Basman rayon Məhkəməsi onun həbs müddətini mayın 13-nə qədər uzadıb.

N. Savçenko hazırda aclıq aksiyası keçirir və onun səhhəti pisləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR