Bakı-APA. Gürcüstanın keçmiş maliyyə nazirinin müavini və keçmiş deputat Georgi Qodabrelidze Maliyyə Nazirliyinin İstintaq idarəsinə şahid qismində dindirilməyə çağırılıb.
APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, Qodabrelidze bildirib ki, o veriləcək sualların mahiyyəti barədə məlumatsızdır və konkret hansı iş üzrə çağırıldığını bilmir.
“Mənə telefonla zəng edib dindirilməyə çağırıblar. Mən gedib məsələyə aydınləq gətirəcəm”, deyə Qodabrelidze bildirib.