Rövnəq Abdullayev: "SOCAR Gürcüstanda hüquqi şəxslərə satılan qazın qiymətini artırıb"

Rövnəq Abdullayev: "SOCAR Gürcüstanda hüquqi şəxslərə satılan qazın qiymətini artırıb"
# 06 mart 2015 17:05 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"Biz əhaliyə deyil, yalnız hüquqi şəxslərə satılan qazın qiymətini artırdıq. Bilirsiniz ki, Gürcüstanın milli valyutası olan larinin dollara nisbətən məzənnəsi düşüb. Bu isə kommersiya itkilərinə səbəb olub. Ona görə, biz Gürcüstan hökuməti ilə anlaşmışıq ki, hüquqi şəxslərə satılacaq qazın qiymətini qaldıraq", - deyə R. Abdullayev bildirib.

Xatırladaq ki, martın 1-dən Gürcüstanda hüquqi istehlakçılar üçün qazın satış qiyməti hər kubmetrinə görə 0,9 lari artırılaraq 0,44 lariyə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR