Bakıda 7 il ərzində yeni tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu açıqlanıb - VİDEO

Bakıda 7 il ərzində yeni tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu açıqlanıb - <span style="color: red;">VİDEO
# 24 fevral 2015 07:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda 2006-2013-cü illər ərzində yeni tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu açıqlanıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Mətbuat Katibliyinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, 2006-2013-cü illər ərzində Bakı şəhərində yeni tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 758,3 km olub.

Bakıda xidmət göstərilən yollar, prospekt və küçələrin uzunluğu 2007-ci ildə 1500 km təşkil edirdisə, 2014-cü ildə bu göstərici 1590 km-dən artıq olub.

Genişmiqyaslı tikinti və yenidənqurma işləri kəskin nəqliyyat tıxaclarını aradan qaldıraraq avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR