Ali təhsil müəssisələrinə tələbələrin ixtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaq

Ali təhsil müəssisələrinə tələbələrin ixtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaq
# 14 iyul 2014 09:00 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri “Abituriyent” jurnalının 4-cü sayında təqdim olunub.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ixtisas seçiminə kömək məqsədilə hər bir ixtisas qrupunun abituriyentləri üçün «İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?» adlı vəsaitlər çap edəcək.


Vəsaitdə təhsil formaları (dövlət sifarişli və ödənişli), Azərbaycan və rus bölmələri üzrə ayrılıqda və hər iki bölmənin birgə müsabiqəsinə aid qəbul planları, müsabiqəyə buraxılma şərtləri, eyni zamanda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına dair məlumatlar təqdim olunacaq.


Xatırladaq ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinə ötən ilki qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR