Böyük Britaniya XİN-in departament rəhbəri Azərbaycan müxalifətinin nümayəndələri ilə görüşüb

Böyük Britaniya XİN-in departament rəhbəri Azərbaycan müxalifətinin nümayəndələri ilə görüşüb
# 25 avqust 2015 10:56 (UTC +04:00)

Bakı - APA. Bu gün Böyük Britaniyanın Bakıdakı səfirliyində bu ölkə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Maykl Tathamla müxalifət nümayəndələri arasında görüş keçirilib.

Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, Qarabağ münaqişəsinin ədalətli həlli yolları, məhbuslar problemi, yaxınlaşan parlament seçkiləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, “REAL” Hərəkatının icra katibi Natiq Cəfərli, eləcə də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR