Azərbaycan elektrik enerjisi istehsalını 4,5% azaldıb

Azərbaycan elektrik enerjisi istehsalını 4,5% azaldıb
# 11 fevral 2013 09:56 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanın enerji sistemində 2,1 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.


«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin yanvar ayına nisbətən yanvarda istehsal edilən elektrik enerjisinin həcmi 4,5% azalıb.


Ötən ay Azərbaycan Rusiya, Türkiyə, Gürcüstan və İranla elektrik enerjisi mübadiləsini davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR