Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu terroru maliyyələşdirməkdə ittiham olunur

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu terroru maliyyələşdirməkdə ittiham olunur
# 15 aprel 2015 14:27 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, cinayət işi A.Yanukoviçə məxsus “Mako-treydinq” şirkətinin fəaliyyəti ilə bağlıdır. Belə ki, Ukraynanın Ali Təsərrüfat Məhkəməsinin 6 aprel qərarında “Mako treydinq” firmasının terrorizmə maddi dəstək göstərdiyi iddia olunur.

UTX-nin Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa qarşı Baş İdarəsi “Mako-treydinq” şirkətinə açılmış cinayət işi ilə bağlı araşdırmalara start verib.

“Mako-treydinq” “Mako” şirkətlər qrupunun bir hissəsi kimi 2011-ci ildə qeydə alınıb.

Əsas fəaliyyəti metal istehsalçılarına və enerji şirkətlərinə kömür satmaq olan şirkətin bütün səhmləri keçmiş prezidentin oğlu A. Yanukoviçə məxsusdur.

Qeyd edək ki, sabiq prezidentin böyük oğlu buna qədər də bir neçə cinayətdə ittiham olunaraq barəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR