Lənkəranda naməlum şəxslər yaşayış olmayan evə giriblər

Lənkəranda naməlum şəxslər yaşayış olmayan evə giriblər
# 26 oktyabr 2015 09:34 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda naməlum şəxslər yaşayış olmayan evə giriblər. APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Vel kənd sakini, 1962-ci il təvəllüdlü Tərlan Naib oğlu Quliyevə məxsus evdə qeydə alınıb. Onlar ev sahiblərinin Rusiyada olmalarından istifadə edərək pəncərənin şüşəsini sındırmaqla içəri daxil olublar. Evin otaqlarını axtaran oğruların özləri ilə nəyi apardıqları hələlik məlum deyil. Hadisə barədə bir müddət əvvəl xəbər tutan ev sahibinin qohumları faktla bağlı polisə məlumat veriblər.

Lənkəran Şəhər-Rayon Şöbəsinin əməkdaşlarının hadisə yerinə gedərək araşdırmalara başlayacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR